– Adam heyrət edir, nə bilim, dəhşətə gəlir. Vəhşilikdən də o tərəfə bir şeydir. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Ağdamda “Çörək Muzeyi” deyilən bir yer var idi. Köhnə dəyirmanın içərisində yerləşirdi. Orada müəyyən çörək eksponatları saxlanılırdı: eradan əvvəl küpdən çıxmış çörəkdən tutmuş, kosmosdan gələn çörəyə qədər. Amma, ora elə bir halda idi ki... Viran qoyublar. Orda hətta divarda mozaika da var idi. Necəsə olub divarın bir hissəsi qalıb. Bu gün mənə desələr, canla-başla o mozaikanı dərhal bərpa edərəm.