İ.Coşğun 1952- ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olub, 1955-ci ildə təhsilini başa vurub. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri kimi çalışmağa başlayıb.
1986-cı ildə “Bakı komissarları” pyesi tamaşaya qoyulub. 1972-ci ildə bəstəkar Şəfiqə Axundova yazıçı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə “Gəlin qayası” muğam-operasını yazıb. Əsərin premyerası 1974 ildə Opera Teatrında keçirilib.
Müxtəlif illərdə “Gəmidə söhbət”, “Qığılcımlar”, “Mən atamı düşünərkən”, “Nəğmə dolu ürək” və s. adlı kitabları çap olunub. “Bakı komissarları” pyesi 1986 ildə tamaşaya qoyulub. Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib. S.Vurğunun “Komsomol poeması” əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. 1991 ildə ona Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adı verilib.
Şeirlərinə bir çox mahnı bəstələnmiş şair, dramaturq İsgəndər Coşğun 1996- cı il dekabrın 10-da vəfat edib.
Mina RƏŞİD