18.10.2024, 09:48
AZ EN
28.08.2023, 10:55 310

Xalq artisti Vaqif Mustafayevin 70 illik yubileyidir

XƏBƏRLƏR
  • Bu gün milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin doğum günüdür.

Ni­zami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yu­biley mərasimi keçirilə­cək. Yubiley tədbirlərin­də Avrasiya Televiziya və Radio Akademiya­sının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur akt­yoru, Gürcüstanın Xalq artisti Aftandil Maxarad­ze və başqalarının iştirakı gözlənilir.

Artıq dünyanın mötəbər kino xadimlə­ri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərməkdə davam edirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor “Oskar” mükafatı laure­atı Nikita Mixalkov azərbaycanlı həm­karına göndərdiyi video təbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutdu­ğunu bildirərək deyir: “Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olan­lar ümumbəşəri ola bilirlər”.

Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü il avqustun 28-də Bakı şəhə­rində anadan olub. O, yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması” “Yaramaz”, “Nakəs”, “Fransız”, “Mil­li Bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.

Rejissorun parlaq ya­radıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü “Əsl məhəbbət haqqın­da”, “Bir həsədin tarixi” və “Xüsusi təyinat” film­ləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xo­calı faciəsinə həsr olun­muş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə “Həyat, deyəsən, gözəl­dir” bədii və “Fikrət Əmi­rov” bədii-sənədli film­lərini ərsəyə gətirib. O, “Həyat, deyəsən, gözəl­dir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festiva­lında “Türk dünyasının ən yaxşı rejis­soru” adına layiq görülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər