Azərbaycan milli təsviri sənətinin inkişafında Mikayıl Abdullayev əvəzsiz rol oynayıb. Rəssamın müxtəlif janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri Azərbaycanın keçdiyi böyük bir dövrün sənət səlnaməsi kimi rəssamlıq tarixinə əbədi həkk olunub.
Azərbaycan torpağının gözəllikləri, vətən övladlarının qəhrəmanlığı, doğma yurda, əməyə və sənətə bağlılıq Mikayıl Abdullayevin müraciət etdiyi əsas mövzulardır. Azərbaycan ədəbiyyatının incilərinə, xüsusilə, “Kitabi-Dədə Qorqud” dastanına və Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinə çəkdiyi illüstrasiyalar isə rəssamın klassik milli irsə sevgisinin parlaq nümunələridir.
Gənc rəssamlar nəslinin yetişməsində əvəzsiz xidmətləri olan M.Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişib.
Hazırladı: Mina RƏŞİD