Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda bu gün Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.
"Bunlar ümumi və baş planların layihələndirilməsi, minatəmizləmə, baza infrastrukturun yaradılması, sosial-iqtisadi infrastrukturun tammiqyaslı yenidən qurulması və nəhayət insanların qayıdışının təmin olunmasıdır. Planlaşdırmanın təkcə tikintiyə deyil, minatəmizləməyə də aid olması vacibdir. Baza infrastruktur təmin edilməlidir ki, buraya yollar, qaz, işıq, su, rabitə və sosial infrastruktur - məktəblər, xəstəxanalar, inzibati binalar və yaşayış evləri daxildir", - o deyib. (Trend)