23.06.2025, 08:00
AZ EN
10.04.2023, 16:33 267

Vətən oğlu

XƏBƏRLƏR

Vətənin dar günündə sinəsini sipər edən oğullardan biri də Səyavuş Qulu oğlu Hüseynovdur. Səyavuş 16 sentyabr 1988-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olmuşdur. Sonralar rayonun işğalı ilə bağlı ailəsi ilə birlikdə yaşayış yerini dəyişmişdir. S. Hüseynov orta təhsilini Cəbrayıl rayonu 5 saylı tam orta məktəbində almışdır. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında qulluq etmişdir. Vətən müharibəsi başlayanda Səyavuş da çavuş kimi döyüşə qatılır. Onun döyüş yolu Cəbrayıl, Qubadlı, Füzuli rayonlarından keçir. Onu da qeyd edək ki, Səyavuşun atası Qulu Yusif oğlu Hüseynov da Qarabağ müharibəsinin iştirakçısı olub. Atasından qəhrəmanlıq dərsi alan Səyavuş igidliklə döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Vətən müharibəsi iştirakçısı" medalı verilmişdir. Ailəlidir, üç övlad atasıdır. Üçüncü dərəcəli əlildir.

İsa MUSAYEV

Oxşar xəbərlər