Ərazimizin bir hissəsinin uzun müddət işğalda qalması nəticəsində Azərbaycan hazırda dünyada minalar ilə ən çox çirklənmiş ölkələrdən hesab olunur. Yalnız Füzuli rayonunda işğal dövründə 100 minə yaxın minanın basdırıldığı güman edilir.
Minadan təmizləmə prosesi sürətlə davam etdirilir. Qarabağda ərazilərin 15 faizindən çoxu minalardan təmizlənib. Millət vəkili Vüqar Bayramovun dediyinə görə, yalnız 2021-ci ildə minadan təmizləməyə dövlət büdcəsindən 67 milyon manatdan çox vəsait ayrılıb: "Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bütövlükdə, 2026-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda minalardan təmizlənəcək ərazilərimizdə 150 mindən çox vətəndaşımız məskunlaşacaq",- deyə millət vəkili vurğulayıb.
Tahirə AĞAMİRZƏ