Bu müqəddəs savaşda 11 aprel 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olmuş Səbuhi Alı oğlu Əliyev də igidliklə döyüşmüşdür. O, 1997-ci ildə Ağdam rayon 95 saylı tam orta məktəbinə qəbul olunmuş, həmin məktəbdə də tam orta təhsilini başa vurmuşdur. Həqiqi hərbi xidmətə çağırılmış Səbuhi Quru Qoşunlarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinə könüllü qatılan S.Əliyev Ağdərə, Tərtər, Suqovuşan, Talış, Kəlbəcər, Gülüstan istiqamətində savaşmışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Qazimiz III dərəcəli əlildir.
İsa Musayev