19.10.2024, 20:22
AZ EN
22.04.2022, 17:35 245

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir

XƏBƏRLƏR
  • “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” İllər ötsə də, nəsillər bir-birini əvəz etsə də, ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi bu fikir yaddaşlara həkk olub. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayına start verilıb. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin daim diqqətində saxladığı dünya azərbaycanlıların təşkilatlanması və diaspor quruculuğu istiqamətində aktiv fəaliyyət bu gün məhsuldar nəticələrini verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 kitabxanasının müdiri Arzu Məmmədova belə deyib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsi yeganə məqsədimizin torpaqlarımızın erməni işğalından azad edilməsi olduğunu bir daha göstərdi.

Arzu Məmmədovanın sözlərinə görə, 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının, 12 ölkədə 18 “Azərbaycan evi”nin olması xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın inkişafı, uğuru, rifahı, ideyası ətrafında birləşməsində mühüm rol oynayır.

Müsahibimiz vurğulayıb ki, Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi əhəmiyyətinə görə tariximizin ən şanlı hadisəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi, hərbi-diplomatik arenada əldə etdiyi uğurlar xalqımıza İkinci Qarabağ müharibəsində Zəfər sevincini yaşatdı. Məhz bu Zəfərin sayəsində Azərbaycan qalib ölkədir. Bir neçə il öncə bu qurultayın Şuşada keçirilməsi ancaq arzu idi, bu gün isə reallıqdır. Qürurla irəliyə - Qarabağın dirçəlməsi, bərpası, normal həyata dönüşünü təmin etmək üçün öhdəmizə düşən işlərə baxırıq.

“Xalqımıza bu sevinci və qüruru yaşadan Prezident İlham Əliyevə, Şanlı Ordumuza, igid qazilərimizə minnətdarıq, Vətən uğrunda canından keçən hər bir şəhidimiz qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik”, - deyə Arzu Məmmədova fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər