22.09.2024, 02:54
AZ EN
06.03.2023, 16:43 370

“Böyük Qayıdış” proqramı çərçivəsində Ağdamda torpaq və su tədqiqatları aparılır

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “En Pro Sol” MMC arasında bağlanmış müqaviləyə əsasən işğaldan azad olunmuş ərazilərdə torpaq və su tədqiqatları aparılır.

Bu barədə institutdan bildirilib. Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində respublikamız üçün strateji əhəmiyyət kəsb edən layihənin icrası məqsədilə institutun əməkdaşları və şirkətin nümayəndələri Ağdam rayonunda olublar. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin su təsərrüfatı layihələrinə aid olan məlumatların əldə edilməsi olub. Səfər zamanı vizual müşahidələr aparılıb, kəsimlər qoyulub, torpaq və su nümunələri götürülüb. Hazırda tədqiqat işləri davam etdirilir. (AZƏRTAC)

Oxşar xəbərlər