Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən icra başçısı Vaqif Həsənov və digər natiqlər Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin və müstəqilliyimizin qorunub saxlanmasında xalqımız qarşısında misilsiz xidmətlərindən, onun uğurlu siyasəti sayəsində müstəqil Azərbaycanın azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmlənməsindən, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr quraraq bütün sahələrdə uğurlar əldə etməsindən geniş bəhs ediblər.
Sonda partiya sıralarına qoşulan bir qrup şəxsə YAP-ın üzvlük vəsiqəsi verilib, rayonun ictimai-siyasi həyatında fərqlənənlər isə fəxri fərmanla təltif olunublar.
Hazırladı: Mina RƏŞİD