22.11.2024, 22:01
AZ EN
27.01.2023, 21:30 145

Azərbaycanın Tehrandakı səfirliyinə hücumun yeni görüntüləri yayılıb

XƏBƏRLƏR

 

  • Azərbaycanın Tehrandakı səfirliyinə hücumun daha bir videosu yayılıb. Videoda cinayətkarın balyozdan istifadə edərək səfirliyin binasına necə girməyə çalışdığı görünür. O, "Molotov" kokteyli atmağa da uğursuz cəhd göstərib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Oxşar xəbərlər