22.11.2024, 15:51
AZ EN
12.01.2023, 15:40 321

Vətənə dayaq oğul

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Ordumuz xeyli inkişaf etmiş, müasir silahlarla təmin edilmişdir. Məhz bütün bunların nəticəsində cəmi 44 gündə 30 illik həsrətə son qoyuldu. Bu aparılan Vətən müharibəsində igid oğullarımız nəyə qadir olduqlarını göstərdilər.

Belə oğullarımızdan biri olan Musayev Gündüz Sabir oğlu 1999-cu il aprelin 25-də Tərtər rayonunda anadan olub. Əslən Laçın rayonundan olan Gündüzün ailəsi sonra Bərdəyə köçüb və orada yaşayıblar. O, 2005-ci ildə Bərdə rayonundakı internat məktəbinə qəbul olub və 2016-ci ildə tam orta təhsilini başa vurub. 2017-ci il aprelin 25-də həqiqi hərbi xidmətə çağrılan G.Musayev 2018-ci ilin oktyabrında ordudan tərxis olunub. Lakin sonra o, müddətdən artıq xidmətə başlayıb və üç aylıq kurs keçib.

44 günlük Vətən müharibəsində Suqovuşan və Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Döyüş dostları Əliyev Zabit, Seyidəliyev Eldar, kapitan Həsənov Çingiz və başqaları ilə igidlik göstərən Gündüz burada ağır yaralanıb. O, birinci qrup əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Suqovuşanın azadlığına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

İsa Musayev

Oxşar xəbərlər