30.07.2025, 13:44
AZ EN
06.01.2023, 17:43 308

Əhmədalılar kəndində yeni ilin ilk səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 5 yanvar 2023-cü il yanvarın 5-də Əhmədalılar kəndində səyyar qəbul keçirib.

Səyyar qəbulda İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
Qəbulda çıxış edən icra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ildə olduğu kimi 2023-cü ildə də, bütün yaşayış məntəqlərində səyyar qəbulların keçirilməsi nəzərdə tutulub.
Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün lazımi tapşırıqlar verilib, bəzi təkliflərlə bağlı müvafiq qurumlara rəsmi müraciət olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər