24.04.2025, 16:41
AZ EN
28.12.2022, 19:40 325

Azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə veriləcək müavinətin həcmi təsdiqlənib

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Nazirlər Kabineti “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etmık tapşırılır.

Fərman 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq. ("Trend")

Oxşar xəbərlər