18.10.2024, 09:56
AZ EN
23.12.2022, 15:33 364

İcra başcısı Yasamalda Laçın sakinlərini qəbul edib

XƏBƏRLƏR
  • Bu gün Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı keçmiş məcburi köçkünlərlə növbəti görüşü - səyyar qəbulu Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində keçirilib.

Görüşdə 80 nəfər Laçın sakini iştirak edib. Laçın RİH-nin başçısı Aqil Nəzərli çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən danışıb.

Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açıb, son illər keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə  bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirib. İcra başçısı daha sonra çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki fəaliyyətindən də danışıb.

Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Qeyd edək ki, qəbulda Laçın Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər. 

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər