Bu gün Laçın RİH-nin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilib. Qəbula yazılmış 12 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilib. Müraciətlər əsasən işlə təminat, əlillik dərəcəsinin təyin olunması və digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, sakinlərin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.
***
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşları qəbul edib. Qəbul zamanı sakinlərin problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.
Mina RƏŞİD