22.09.2024, 00:27
AZ EN
12.12.2022, 09:00 583

Tərlan Musayeva: “Yüzlərlə qiymətləndirdiyiniz əmək adamları, qayğı göstərdiyiniz insanlar Sizi hec vaxt unutmayacaq”

XƏBƏRLƏR
  • Bu gün dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan qurucusu, Azərbaycanlı olduğu ilə hər zaman fəxr edən Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin üzvü, Prezident təqaüdçüsü, Tərlan Musayeva Ümummilli Lider Heydər Əliyev haqqında öz feysbuk səhifəsində etdiyi paylaşımda yazır: “Ulu Öndər, əziz İNSAN, dünya lideri,  təkrarolunmaz siyasətçi, Azərbaycan dövlətinin qurucusu və möhkəmlənməsi üçün ömrünü sərf eləyən İNSAN! Sizi hər zaman,  həyatda nə qədər varamsa ömrüm boyu xatırlayacaq, ruhunuz qarşısında baş əyəcəm. Bu mənim Sizə olan mənəvi borcumdur. Siz daim mənə arxa, dayaq, mənəvi ata olmusunuz. Adi bir kənd qızının, calışdığı çətin peşə sahəsində onun əməyinə verdiyiniz qiymət, zəhmətinə verdiyiniz dəyər Sizin rəhbərlik etdiyiniz dövrdə hamıya bəllidir. Sadə bir əmək adamını bütün sovetlər birliyində tanıtdınız. Bu gün də mən və ailəm Sizə daim borcluyuq. Yüzlərlə qiymətləndirdiyiniz əmək adamları, qayğı göstərdiyiniz insanlar Sizi hec vaxt unutmayacaq. Sizi necə unuda bilərik? Bizi tanıdan, yaşadan Siz oldunuz.  Biz Sizi həyatda yaşada bilməsək də, qəlbimizdə, ürəyimizdə həmişə yaşadacaq, ruhunuz qarşısında baş əyəcək, ruhunuza daim dualar oxuyacağıq. Əziz İNSAN, əziz LİDERim, Allah Sizə qəni-qəni rəhmət eləsin! Ruhunuz şad, məkanınız cənnət olsun!”

Tərlan Musayeva daha sonra yazır: əziz fb dostlarım, sizin çoxunuz gənclər olduğunuz üçün bəlkə də, mənim həyatımı bilmirsiniz. Ulu Öndər Heydər Əliyevin mənə qarşı, sadə bir əmək qəhrəmanına göstərdiyi hörməti, mənimlə  dəfələrlə iş başında görüşlərini siz bilmirsiz. O illərin xatirəsi olaraq bu anım günündə Ulu Öndəri dərin hörmətlə yad  edərək bir neçə şəkillərimizi sizinlə paylaşıram. Çoxları siyasətçi kimi H.Əliyevin həyatını, fəaliyyətini qeyd edəcək. Mənsə bu təkrarlanmış sözləri deməyəcəm. Qəlbimdən, ürəyimdən gələn səmimi  sözlərimi sizinlə paylaşdım.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər