Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Asim Rüstəm çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə və Siyasi Büronun üzvü olduğu dövrdə, eləcə də, Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi zaman mədəniyyətimizə daim hamilik edib. Daha sonra 44 günlük Vətən müharibəsindən bəhs edən A. Rüstəm onu da bildirib ki, Vətən müharibəsində qazanılmış böyük Qələbə Ümummilli Lider Heydər Əliyev ideologiyasının təntənəsidir. “Azərbaycan dünyaya günəş kimi doğacaq!”, söyləyərək, dünyaya səslənən dahi Heydər Əliyev ölkəmizin xoşbəxt gələcəyinə inanır və yaxın gələcəkdə ərazi bütövlüyümüzün bərpa olunacağına böyük ümid bəsləyirdi.
Tədbirdə RSSİ-nin əməkdaşları da çıxış ediblər.
Mina RƏŞİD