02.08.2025, 07:22
AZ EN
30.11.2022, 11:04 416

Laçınlıların mütləq əksəriyyəti doğma yurda qayıtmaq istəyir

XƏBƏRLƏR
  • İşğaldan azad edilən yurd yerlərimiz otuz illik həsrətdən sonra öz sakinlərini qarşılayır. Bu günlərdə bir qrup laçınlının Laçına səfəri təşkil olunub.

Bunların arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev də var. O, AZ.TV-yə açıqlamasında bildirib ki, çox şadam ki, bu gün burdayam. Sizinlə burada qarşılaşdığıma görə də məmnunam. Məhz elə bir yerdə ki, mən doğulduğum evin hal-hazırda qarşısında dayanmışıq. Burda uşaqlığımla bağlı xatirələrim çoxdur. Bu mənim doğulduğum evdir, bərbad vəziyyətə salıb mənfur düşmənlər. Bu ərazidə mədəniyyət evi, peşə məktəbi yerləşirdi. 12 yaşıma kimi Laçında yaşamışam və 6-cı sinfə qədər burdakı 1 saylı orta məktəbə gedib gəlmişəm. Demək olar ki, uşaqlığımın əsas hissəsi bu ərazidə keçib. Çox böyük iftixar hissi ilə, minnətdarlıq hissi ilə  bildirmək istəyirəm ki, bu yerlərə  bizim qayıdışımızın əsasını qoyan Azərbaycan Prezidentidir və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, hərbi-siyasi fəaliyyəti nəticəsində biz burdayıq. Artıq biz Laçının işğaldan azad olunmasının ikinci il dönümünü yaşayırıq. Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, Laçın rayonu da Ağdam və Kəlbəcər kimi bir güllə atılmadan, məhz Müzəffər Ali Baş Konadanın qətiyyətli mövqeyi nəticəsində boşaldılmışdır. Bu da bizim üçün çox sevindiricidir.

Mətbuat Xidmətinin rəhbəri  daha sonra əlavə edib ki, Laçın rayonu, eyni zamanda Zabux və Sus kəndlərində Suriyadan və digər ölkələrdən gətirilən ermənilər burada qeyri-qanuni olaraq məskunlaşdırılmışdı. 10 noyabr bəyanatından sonra qeyri-qanuni məskunlaşdırılmış ermənilər köçürüləndən dərhal sonra ölkə başçısının tapşırığı əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına Böyük Qayıdışla bağlı mühüm vəzifə qoyulub və bu vəzifələrin həyata keçirilməsi Dövlət Komitəsinin gündəlik prioritet işləridir. Bu vəzifələr vətəndaşların geri qayıdışla bağlı fikirlərini öyrənilməsini əhatə edir. Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, hər kəs öz torpağına  qayıtmaq istəyir və Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən bununla bağlı sorğu aparılır. Zabuq və Sus kəndlərinin sakinləri ilə aparılan sorğu isə artıq bitib. Onların mütləq əksəriyyəti öz kəndlərinə qayırmaq əzmindədirlər. Laçın şəhəri ilə bağlı da sorğu aparılır və artıq bitmək üzrədir. Demək olar ki, bütün laçınlılar öz doğma torpağına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər