24.04.2025, 12:01
AZ EN
07.11.2022, 07:00 412

Qanunsuz erməni silahlı dəstələrinin üzvləri avtoqəza törədiblər, ölən və yaralananlar var

XƏBƏRLƏR
  • Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər.

Erməni KİV-lərinin məlumatına görə, artıq miqdarda spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü avtoqəzaya düşüb.

Bildirilir ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb. Digər “könüllü”lər isə ağır yaralanıb.

Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar hərbi polis tərəfindən araşdırmaya başlanılıb. (AZƏRTAC)

Oxşar xəbərlər