Səyyar qəbul zamanı rayon rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinlədi, qaldırılan məsələlər qeydə alındı. Müraciətlərin bir hissəsi yerində operativ həllini tapdı, araşdırma tələb edən məsələlər üzrə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Görüşdə iştirak edən sakinlər rayonda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərini yüksək dəyərləndirərək ölkə rəhbərinə, eləcə də vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.