ADY-dən verilən məlumata görə, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir.
"Doğma Qarabağın kəşfinə qatarla çıxmaq – Ağdamdan adlayıb Şuşaya, Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə və digər azad olunmuş ərazilərə keçmək artıq daha rahatdır", - məlumatda qeyd edilir.
Məlumata görə, sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilər.
Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək olar. (APA)