03.02.2026, 13:32
AZ EN
03.02.2026, 08:00 168

Şəhid övladları XI Azərbaycan Gənclər Forumunda iştirak ediblər

XƏBƏRLƏR
  • Fevralın 2-də Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirdə Prezident İlham Əliyevin gənclərə müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov oxuyub.

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən gənclərə mükafatlar təqdim edilib. Mükafatları Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər.

Forumun keçirilməsində əsas məqsəd son 30 ildə gənclərin qazandığı nailiyyətləri ümumiləşdirmək, növbəti onillik üçün strateji baxış formalaşdırmaq və gənclərin potensialını milli prioritetlərə uyğun səfərbər etməkdir.

Tədbirdə şəhid övladları da iştirak ediblər.

Qeyd edək ki, bu gün Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və “Gənclərin potensialı - milli inkişaf naminə” mövzusunda vörkşop olacaq.

Xatırladaq ki, birinci Azərbaycan Gəncləri Forumu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilib. Bununla da Azərbaycan Gəncləri Forumlarının keçirilməsi ənənəsi formalaşıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər