22.11.2024, 01:51
AZ EN
01.11.2024, 12:19 238

Füzuli rayonunda “Uşaqların dünyası” adlı dəyirmi masa keçirilib

XƏBƏRLƏR
  • Füzuli rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların dünyası” adlı dəyirmi masa keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin və QRTİ Füzuli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə F.Mehdiyev adına Horadiz şəhər 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Uşaq Səfirlər Məclisinin Füzuli rayon nümayəndələri və fəal üzvləri iştirak etdilər.

Tədbir başlamazdan əvvəl bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətindən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqların rahat təhsil almalarına, sağlam böyümələrinə, firavan yaşamalarına hər zaman xüsusi diqqətlə yanaşdıqlarını bildirdi. Uşaq hüquqlarının dövlət tərəfindən qəti şəkildə qorunduğunu diqqətə çatdıran Gülbahar Eyvazova, gələcəyimiz olan uşaqları erkən nikah, narkomaniya, məişət zorakılığı kimi mənfi amillərdən qorumaq üçün sıx əməkdaşlıq şəraitində çalışmağın vacibliyini vurğuladı.

Daha sonra F.Mehdiyev adına Horadiz şəhər 2 saylı tam orta məktəbin direktoru Ləman Əliyeva, Füzuli RİH-nin əməkdaşı Ülkər Bayramlı, 2 saylı Füzuli Peşə məktəbinin direktoru Səminə Nuriyeva, USM-in Füzuli rayon nümayəndələri Aygül Məmmədova və Turan Nəbili mövzu ətrafında çıxış etdilər. Tədbir uşaqların maraqlı və interaktiv fikir mübadiləsi şəraitində davam etdi.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR