Bunu açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Süleymanova Soniya deyib.
O bildirib ki, iki oğlu da 44 günlük müharibədə iştirak edib:
"Horovludan 38 yaşında çıxmışdım. Rayonda tibb bacısı işləyirdim. 33 il idi, bu günü həsrətlə gözləyirdik. Bu günləri bizə yaşadan möhtərəm Prezidentimizə Allah cansağlığı versin, "Dəmir Yumruq" heç vaxt əyilməsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, hərbçilərimizə zaval dəyməsin. İki oğlum hərbçidir, 44 günlük müharibədə iştirak ediblər, biri zabit, digəri həkim kimi". (Report)