18.01.2026, 06:56
AZ EN
29.12.2025, 19:05 118

Tərtərdə şəhid və qazi övladları üçün bayram tədbiri təşkil edilib

XƏBƏRLƏR
  • Tərtərdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhid və qazi övladları üçün bayram tədbiri təşkil olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhid və qazi övladlarını bayram münasibətilə təbrik edərək xoş arzularını çatdırıblar. Bildirilib ki, şəhidlərin və qazilərin şücaəti Azərbaycan tarixinin ən şərəfli səhifələrini təşkil edir, onların övladları isə dövlətimizin gələcəyi və qürur mənbəyidir. Şəhid ailələri və qazilərin sosial müdafiəsinə yönəlmiş tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ardıcıl və sistemli şəkildə həyata keçirilir.

Tədbir rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şəhid və qazi övladları üçün hazırladığı konsert proqramı ilə davam etdirilib. Uşaqlara Yeni il hədiyyələri təqdim olunub, Şaxta baba və Qar qızın iştirakı ilə şam ağacı ətrafında əyləncəli proqram keçirilib. (AZERTAC)

Oxşar xəbərlər