17.01.2026, 21:59
AZ EN
26.12.2025, 12:52 230

Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntı işləri aparılıb

XƏBƏRLƏR
  • AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2025-ci il üzrə illik hesabatlara həsr olunmuş ümumi yığıncağı keçirilib.

İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları və başqa məsul şəxsləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti v.i.e Akademik Gövhər Baxşəliyeva hesabat ilini məhsuldar qiymətləndirərək, cari ildə 32 problem və 87 mövzu üzrə tədqiqatların aparıldığını, 400-dən çox işin uğurla tamamlandığını diqqətə çatdırıb.  Qeyd edib ki, 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyi münasibətilə ölkə Prezidentinin Azərbaycan tarixinin inkişafı ilə bağlı müəyyənləşdirdiyi prioritetlər bütün alimlər üçün əsas istiqamət olmalıdır və bu yöndə fəaliyyət növbəti ildə daha da genişləndirilməlidir.

İclasda xüsusilə azad edilmiş ərazilərdə aparılan elmi-arxeoloji işlər geniş yer alıb. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova cari ildə aparılmış elmi-tədqiqat işləri, arxeoloji qazıntı işləri  haqqında məlumat verib. Ellada Bəkirova qeyd edib ki, Xocavənd rayonu, Azıx və Tağlar mağaralarında Almaniya, Danimarka və Yaponiya ilə birgə,  Füzuli rayonu Yedditəpə abidəsində Azərbaycan-Koreya-İsveçrə birgə ekspedisiya fəaliyyət göstərib.

Alim cari ildə Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntı işləri aparıldığını həmçinin Dövlət Turizm Agentliyinin xətti ilə Ağdam şəhərində yerləşən Şahbulaq tarixi arxeoloji konplekstində geniş miqyaslı qazıntılar aparıldığını vurğulayıb.

Mina RƏŞİD

Oxşar xəbərlər