16.12.2025, 15:15
AZ EN
16.12.2025, 08:53 226

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir

XƏBƏRLƏR
  • Mənim üçün doğma yurda qayıtmaq çox böyük sevincdir. Açığı, hisslərimi sözlə ifadə etmək çətindir.

Bu sözləri müsahibəsində Xocavənd rayonunun Sos kəndinə köç edən keçmiş məcburi köçkün Fikrət Hüseynov deyib.

O, illər ərzində yaşadığı bütün çətinliklərə rəğmən doğma yurda qayıdışın yaşamaq üçün yeni ümid verdiyini qeyd edib.

“Həmin illərin ağrısı, çətinliyi hələ də yaddaşımdadır. Həyatımız o vaxtdan tamam dəyişdi. Çox çətin günlər keçirdik, böyük itkilərimiz oldu. Amma bütün bunlara baxmayaraq, bu gün torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir”, - deyə F.Hüseynov vurğulayıb.

Sos sakini, həmçinin bildirib ki, əvvəllər həmin kənddə yaşamasa da, orada məskunlaşmaq onun ən böyük arzusu olub.

“Biz əslən Füzuli rayonundanıq. Mən daha çox Sos kəndinə getmək istəyirdim. Kənd seçimi ilə bağlı müraciət etdik, adım siyahıya salındı və sonradan mənə bildirildi ki, həmin kəndə köçəcəksiniz. İnşallah, öz evimizdə, öz ailəmizlə, öz zəhmətimizlə yaşaya biləcəyik”, - deyə o, diqqətə çatdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər