Havalar get-gedə soyumaya başlayır. Bəzi bölgələrimizə qar da yağıb. Buna baxmayaraq işğaldan azad edilən rayon və şəhərlərimizdə həyat qaynayır, istilik ətrafı sarsır, evlərdən 30 ildən sonra yenə tüsdü buludlara bülənd olur. Bəli, işğaldan azad edilən torpaqlarımızda həyat qaynayır, 30 ildə donan torpaqlarımızın donu açılır, torpaq cana gəlir. Həm Şərqi Zəngəzurda, həm də Qarabağda dövlətimiz tərəfindən həyata keçirilən çox böyük enerji ilə bərpa-quruculuq, infrastruktur işləri sürətlə davam edir. Bu işlərin tez bir zamanda sona çatmasını həm dövlətimizin başçısı, həm də 29-30 il Vətən həsrətiylə yaşayan keçmiş məcburi köçkünlərimiz daha çox istəyir. Lakin bunun qarşısını hələ də öz çirkin niyyətindən əl çəkmək fkrində olmayan vandal Ermənistan və onun havadarları həzm edə bilmir. Təəssüf ki, hələ də yeraltında gizlənmiş erməni terrorunun acı nəticələrini yaşayırıq.
Vətən müharibəsindən 2 il keçsə də, 44 günlük müharibə qələbəmizlə başa çatsa da, Ermənistanın ölkəmizə və xalqımıza terroru hələ də davam edir. Düşmənin ərazilərimizdə basdırdığı minalar bu gün də can alır. Elə bunun nəticəsidir ki, ötən il müddətində 266 vətəndaşımız mina partlayışında zərər çəkib. Son mina partlayışlarının təqribən 55 faizi Ermənistanın təhvil verdiyi xəritələrdən kənar ərazilərdə baş verib. Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faizdir. Yəni rəsmi İrəvan hələ də Azərbaycan vətəndaşlarının mina partlaması nəticəsində həlak olmasından necə deyərlər, zövq aldığını, başqa sözlə desək, mina terrorunu dəstəklədiyin aşkar şəkildə nümayiş etdirir. Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir.Laçında qanunsuz yerləşdirilən ermənilərin Zabux və Sus kəndlərini tərk etməsindən sonra rayonun ərazisində 1400-dən artıq piyada əleyhinə mina aşkarlanım. Hətta kəndləri tərk edən ermənilərin evlərinin giriş qapılarında və həyatyanı sahələrdə quraşdırqıqları mina tələləri daha bir mənfur niyyətin göstəricisidir. Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha göstəriri ki, Laçın dəhlizindən Ermınistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün süni istifadə halları davam edir.30 illik işğal dövründə Qarabağda çağdaş dünya tarixində görünməmiş vandalizm asktları törədilib. Bütün tikililəri, tarixi və dini abidələri yerlə yeksan edən düşmən əraziləri başdan-başa minalayıb. 10 noyabr razılaşmasına uyğun olaraq mərhələli şəkildə boşaldılan Kəlbəcər, Ağdam və Laçın rayonlarında minalanan sahələr daha böyük əraziləri əhatə edir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələyə münasibətini bildirərkən qeyd edib ki, Ermənistan silahlı qüvvələri, separatçılar Azərbaycanın torpaqlarını işğal altında saxladıqları 30 il ərzində xaotik şəkildə saysız-hesabsız minalar tətbiq ediblər. Təbii ki, əgər onların dəqiq xəritəsi olmadan Azərbaycan ərazilərinin minalardan təmizlənməsi uzun zaman tələb edəcək və çox böyük resuslar hesabına başa gələcək.
Beynəlxalq humanitar hüququn öhdəlikərin ciddi pozuntusunun qarşısını almaq üçün Ermənistana təzyiq göstərilməsi olduqca vacibdir.Azərbaycanın beynəlxalq hüquq müstəvisində Ermənistandan xəritələrini tələb etməsinə və hətta Ermənistanın mina terroru ilə bağlı konkret faktlarla həlak olmuş yüzlərlə mülki vətəndaşımızla bağlı hüquqi sənədlərin instansiyalara təqdim edilməsinə baxmayaraq, Avropa İnsan Hüquq Məhkəməsidir və beynəlxalq cinayət məhkəməsi tərəfindən mina terror siyasətini davam etdirən ermənilərə qarşı heç bir ciddi addım atılmayıb.
Təəssüflə qeyd etmək lazımdır ki, burada da ikili yanaşmanın şahidi oluruq. Öz terrorçu əməlindən əl çəkməyən Ermənistanın bədnam əməlləri beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanır. Ədaləti öz gücü hesabına bərpa edən Azərbaycan isə mina problemini də özü həll edir. Lakin mina qurbanlarının sayının artması artıq səbrimizi tükətməkdədir.
Bəlkə, Dəmir yumruğun əks-sədasına terrorçu dövlətin nazıyla oynayan xarici dairələrin və beynəlxalq qurumların susmuş vicdanını da dilə gətirər.
Hazırladı Tahirə AĞAMİRZƏ