Bu fikirləri bu gün təşkil edilən “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli deyib.
O bildirib ki, 2026-cı ildə Xankəndi, Laçın və Cəbrayıl Dövlət Peşə Təhsil Mərkəzlərinin tikintisi nəzərdə tutulub:
“Bu il Şuşa Dövlət Peşə Təhsil Mərkəzi əsaslı təmir olunub. Kəlbəcər Dövlət Peşə Təhsil Mərkəzinin isə tikintisi davam edir. Zəngilan, Qubadlı, Ağdam Dövlət Peşə Təhsil Mərkəzlərinin isə layihələndirmə işləri aparılır”, - Kənan Həsənli bildirib. (APA)