02.12.2025, 10:29
AZ EN
02.12.2025, 10:19 4

Kriminalistika sahəsində ilk: Ağdamlı alim Kəmalə Sarcalinskaya

XƏBƏRLƏR
  • Azərbaycan hüquq elminin inkişafına mühüm töhfələr vermiş ziyalılardan biri – kriminalistika sahəsində ilk kitab müəllifi olan Kəmalə Sarcalinskaya dəyərli alim və nüfuzlu pedaqoq kimi tanınır.

Kəmalə Qiyas qızı Sarcalinskaya 1926-cı il oktyabrın 22-də Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. 1944-1950-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Daha sonra 1960-1963-cü illərdə həmin universitetin əyani aspiranturasında təhsilini davam etdirib. 1967-ci ildə Moskva şəhərində hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

O, kriminalistika sahəsində Azərbaycanda ilk elmi əsərləri qələmə alan alimlərdən biri olaraq bu istiqamətdə nəzəri və praktik baza formalaşdırıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən müvafiq ixtisaslar üzrə dissertasiya şurasının sədr müavini olub, altı hüquq elmləri namizədinin yetişməsində bilavasitə iştirak edib.

Kəmalə xanım bir sıra nüfuzlu elmi şuraların üzvü olmaqla yanaşı, hüquq sahəsində ixtisaslaşmış müxtəlif jurnalların redaksiya heyətlərində də təmsil olunub. Onun elmi və pedaqoji fəaliyyəti hüquq təhsilinin inkişafında xüsusi yer tutur. İki övladı olan Kəmalə Sarcalinskaya həm də nümunəvi ziyalı qadın obrazıdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər