15.06.2025, 01:11
AZ EN
14.06.2025, 09:28 109

19 yaşlı qəhrəmanımız...

XƏBƏRLƏR
  • Bu n Şanlı Vətən Müharibəsinin qəhrəmanlarından biri, 19 yaşlı əsgər Rəsul Kamaləddin oğlu Qazımətovun doğum günüdür. O, 2001-ci il iyunun 14-də Qusar rayonunun Qayakənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Rəsul 2008-2019-cu illərdə Qusar şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Rəsul Qazımətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. 

Oktyabrın 14-də Hadrut döyüşləri zamanı bədənindən üç güllə yarası almasına baxmayaraq döyüşməyə davam edib. Rəsul Qazımətov dördüncü dəfə başından yaralanaraq qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin nəşi bir həftə neytral ərazidə qaldıqdan sonra oktyabrın 21-də doğma Qusar rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəsul Qazımətov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəsul balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər