31.10.2025, 18:45
AZ EN
31.10.2025, 09:41 219

Torpaq bizim torpağımızdı...

XƏBƏRLƏR
  • Vətənin igid oğlu Elməddin Lətifov həm Aprel döyüşlərində, həm  İkinci Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror döyüşlərində mərdliklə vuruşmuşdu. Onun cəbhədən doğmaları ilə danışığı hələ də yaddaşlardan silinməyib Elməddin bütün qəlbi ilə deyirdi ki, narahat olma, qardaş, torpaq bizim torpağımızdı...

Bu gün torpaqlarımız uğrunda canından keçmiş qəhrəman şəhidimiz Lətifov Elməddin Qabil oğlunun doğum günüdü. O, 1987-ci il oktyabr ayının 31-də Bərdə rayonunun Xanağalı kəndində anadan olub. Ailənin dörd övladından, üç qardaşdan biri olub. Elməddin orta təhsilini Xanağalı kənd orta məktəbində  alıb. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini şərəflə yerinə yetirib. Bir müddət sonra, 2006-cı ildən yenidən MAXE kimi Vətənə xidmətə başlayıb.
2016-cı ilin Aprel döyüşlərində, İkinci Vətən Müharibəsində və 2022-ci ilin sentyabr döyüşlərində iştirak edərək şücaətlər göstərib.

2023-cü ilin sentyabr ayının 19-da məlum lokal xarakterli antiterror təbirləri zamanı ağır yaralanıb. Elməddin Lətifov Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.

Elməddin Lətifov sentyabrın 24-də şəhadətə ucalıb. Şəhidimiz sentyabrın 25-də böyük izdiham və ehtiramla Xanağalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Lətifov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdi.

 Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Lətifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

Şəhidimizin iki övladı Vətənə əmanət qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR