Bu barədə universitetin məlumatında bildirilib.
Təlim informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər - Elgün Bəxtiyarlı, Elvin Axundov və Zəhra Şahbazova tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılara kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, şəxsi məlumatların qorunması, parol təhlükəsizliyi, sosial mühəndislik hücumlarının qarşısının alınması, fişinq və digər kibertəhlükələrə qarşı effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçirilən təlimdə iştirakçılar praktiki nümunələr üzərində təhlükəsizlik qaydalarını tətbiq etmə imkanı əldə ediblər.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.
Tahirə AĞAMİRZƏ