Adı kimi, özü də mehribanlığı ılə uşaqdan böyüyə hamının sevgisini qazandı, taxt qurdu könüllərdə...
Bu gün bu gözən insanın, böyük şəxsiyyətin doğum günüdür...
"Mehriban xanım Əliyeva cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyəti dövründə Ulu Öndərin arzuladığı dövlət quruculuğunda nəinki aktiv rol almağı bacarıb, hətta bir sıra istiqamətlərdə, o cümlədən sosial-mədəni və humanitar sahələrin inkişafında, azərbaycançılıq ideologiyasının və milli həmrəyliyin güclənməsində aparıcı mövqe tutmaqdadır".
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Millət vəkili əlavə edib:
"Vətən müharibəsində arxa cəbhənin mənəvi və bir çox hallarda maddi yükü Mehriban xanımın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun üzərinə düşdü: "Zəfərimizin ardınca isə misilsiz quruculuq və bərpa prosesində ehtiva olunan Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışda Mehriban xanım Əliyeva cənab Prezidentdən sonra əsas rola malikdir. Bu mənada, doğum günündə Mehriban xanım nəinki səmimi təbriki, eyni zamanda ümumxalq minnətdarlığını haqq edir. Doğum gününüz mübarək, mərhəmət dolu insan, nəcib şəxsiyyət! Misilsiz xidmətləriniz üçün Sizə əbədi olaraq minnətdarıq!"
Tahirə AĞAMİRZƏ