Bu barədə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal bildirib. O, Vaşinqtonun Bakıya qarşı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırmasına, o cümlədən əvvəllər aktiv anti-Türkiyə və anti-Azərbaycan qüvvələrin mərkəzi hesab edilən ölkələrdə erməni diasporunun təsirinin azaldılmasına diqqət çəkib.
Ünsalın sözlərinə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun işə salınması bütün region ölkələrinə, o cümlədən Ermənistanın özünə də fayda verəcək.
“Vaşinqtonun iştirakı ilə razılaşma hər hansı səbəbdən uğursuz olarsa, Bakı və Ankaranın İrandan keçəcək alternativ yolu var. Uduzan tərəf yalnız Ermənistan olacaq”, - deyə TADDEF rəhbərinin müavini vurğulayıb. (AZERTAC)