31.07.2025, 05:09
AZ EN
30.07.2025, 08:17 195

Keçmiş məcburi köçkün: Sonsuz sevinc içindəyəm

XƏBƏRLƏR
  • Bu gün mənim və ailəmin həyatında çox böyük bir gündür. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Çox həyəcanlıyam, sonsuz sevinc içindəyəm.

Bu sözləri bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Mətanət Hüseynova deyib.

O, qayıdış gününün baş verəcəyinə hər zaman inandığını bildirərək, belə bir şəraitə görə təşəkkür edib: "Biz həmişə inanmışıq ki, bir gün biz də o torpaqlara qayıdacağıq. O gün bu gündür. Bu günü bizə bəxş edən, bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Ordumuza sonsuz minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həmçinin, bizi bu şəkildə yurdumuza yola salan, hər cür şəraiti yaradan dövlətimizə, bu prosesdə əziyyəti olan hər kəsə təşəkkür edirəm". (AZƏRTAC)

Oxşar xəbərlər