12.07.2025, 17:32
AZ EN
12.07.2025, 08:37 106

İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür

XƏBƏRLƏR
  • İyulun 12-si Ümumdünya Fotoqraflar Günü kimi qeyd olunur.

Bu gün ilk fotoşəklin çəkilməsi ilə bağlıdır. 1826-cı il iyul ayının 12-də Jozef Nisefor Nyeps "Pəncərədən La-Qrassın mənzərəsi" adlı ilk foto çəkib. 8 saat ərzində çəkilən həmin foto o dövr üçün böyük kəşf hesab edilib.

1839-cu ildə isə Lui Jak Mande Daqer tərəfindən Paris Sənətkar Akademiyasında fotoqrafiya üsulu təqdim olunub. Bu da fotoqrafiya sənətinin inkişafına təkan verib.

Araşdırmalara əsasən, ilk azərbaycanlı fotoqraf 1880-1910-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasov olub. Onun fotolarının orijinalları tapılıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR