19.12.2024, 22:48
AZ EN
04.10.2022, 16:35 370

Son sutkada 96 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

XƏBƏRLƏR
  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, hazırda 776 aktiv xəstə var. Bu günə qədər 9 921 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 806, bu günə qədər isə ümumilikdə 7 260 232 test icra olunub.

Azərbaycanda son gündə koronavirus əleyhinə vurulan vaksinin sayı isə 1654 olub. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə yayadığı məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 951, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 424, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 90 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 894 264 təşkil edir.

Oxşar xəbərlər