09.06.2025, 17:56
AZ EN
03.10.2022, 07:00 213

“İlin beşinci fəsli” romanı qələbəmizə həsr olunub

XƏBƏRLƏR
  • Yazıçı Etibar Muradxanlının sənədlər və faktlara əsaslanan, əsgər və zabitlərimizin vətənpərvərlik və qəhrəmanlığını inandırıcı, təsirli döyüş səhnələri vasitəsilə əks etdirən “İlin beşinci fəsli” romanı Şuşanın və işğal olunmuş digər ərazilərimizin düşməndən azad edilməsinə həsr olunub. Birinci Qarabağ müharibəsindən bəhs edən “Siz mühasirədəsiniz, leytenant” və “Tələbə taqımı”ndan sonra bu əsər   müəllifin müharibə mövzusunda çap edilən üçüncü kitabıdır.

Kitabın bu günlərdə Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat mərasimi keçirilib. Tənqidçi Əsəd Cahangirin moderatorluğu ilə keçən təqdimatda tanınmış qələm adamları, müharibə iştirakçıları və oxucular  iştirak ediblər.

Onu da əlavə edək ki, “İlin beşinci fəsli” kitabı “Ziyadar” mükafatına layiq görülüb.

Mina RƏŞİD

Oxşar xəbərlər