21.06.2025, 20:08
AZ EN
21.06.2025, 15:31 227

Ramana qəsəbəsində Xocalı sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2025-ci ilin iyun ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən 20 iyun 2025-ci il tarixində Sabunçu rayonu Ramana qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirib.  

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılmışdır.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüşdür.

Səyyar görüş-qəbulda 12 nəfər iştirak etmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər