18.06.2025, 12:49
AZ EN
18.06.2025, 08:54 114

Minskdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədinin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində Belarusun paytaxtı Minskdə “Qayıdış, miqrasiya, stabillik: Azərbaycan təcrübəsi” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Belarus ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Belarusdakı diasporunun məsul şəxsləri, Minsk Şəhər Şurasının, Belarus Miqrasiya komitəsinin məsul şəxsləri, Belarus Dövlət İdman Akademiyasının tələbələri, “KINIK” MMC-nin, ”PORA” mərkəzinin, “Akademtrans” təşkilatının,18 saylı gimnaziyanın məsul şəxsləri iştirak ediblər.

Dəyirmi masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti giriş və salamlama nitqi ilə çıxış edərək layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb.

Belaruslu qızların ifasında “Uzundərə” rəqs proqramı təqdim edildikdən sonra dəyirmi masa öz işinə başlayıb.

Beynəlxalq hüquq üzrə ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belarus ictimaiyyətinə təqdim edib. O, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların müxtəlif illərdə üzləşdiyi deportasiya hadisələri, hüquq pozuntuları və statistik göstəricilərə dair məlumatları tədbir iştirakçılarına çatdırıb.

Dəyirmi masada “Akademtrans” tədris mərkəzinin eksperti Natalya Qarbuz və Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli miqrasiya məsələləri, Azərbaycan və Belarus Respublikaları arasında əməkdaşlıq münasibətləri barədə geniş təqdimat ediblər.

Sonra təqdimatlara dair müzakirələr aparılıb, suallar cavablandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər