02.06.2025, 03:17
AZ EN
31.05.2025, 09:10 126

Xankəndidə əmək yarmarkası keçiriləcək

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı Xankəndi şəhərində əmək yarmarkası keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarka iyunun 4-ü saat 11:00-da filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) təşkil olunacaq.

“Qoç ət” Kəndli Fermer Təsərrüfatı” MMC-nin dəstəyi ilə keçiriləcək yarmarkada Xocalı rayonu üzrə həmin müəssisəyə aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub.

Aktiv məşğulluq tədbirində həmin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. (AZƏRTAC)

Oxşar xəbərlər