23.04.2025, 14:48
AZ EN
23.04.2025, 07:36 54

Azər Qocayev Goranboy rayonunda səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Goranboy rayonu, Qazanbulaq qəsəbəsi ərazisində yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib.

Səyyar qəbulda KİH-in başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.

RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edilən “Böyük qayıdış” dövlət proqramından, eləcə də, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.

Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin, vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışdır.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR