31.03.2025, 23:16
AZ EN
28.03.2025, 12:25 149

Ramazan bayramında namaz vaxtı açıqlanıb

XƏBƏRLƏR
  • Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. 

Qeyd edilib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

QMİ-nin məlumatında bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, Miladi təqvimlə martın 30-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. 

Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. (Report)

Oxşar xəbərlər