06.11.2024, 10:08
AZ EN
21.09.2022, 12:30 363

Sevinc erməniləri sevindirir

XƏBƏRLƏR
  • Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə daxil olduğunu iddia edən içimizdəki və xaricdəki “soydaşlarımız” ölkəmizi və Ordumuzu təhqir etməklə artıq əndazəni aşıblar.

Bizi xarici düşmənlərimizdən daha çox bu “soydaşlarımızın” nankorluğu, satqınlığı daha çox  ağrıdır. Sevinc Osmanqızının tarixi torpaqlarımızda üçrəngli bayrağımızın qaldırılmasına etiraz etməsi, Əsgərlərimizi “oğru pişik” adlandırması, türklər demiş, adamın sinirini təpəsindən çıxarır və yüz faiz əmin olursan ki, bu nankor məxluq ünvanı bəlli “yolda”dır. Elə özünə “şərəf”, Azərbaycan adına isə ləkə olan o “yolda” yorulmadan, utanmadan yürüyən məxluq, sənin “oğru pişik” dediyin həmin QƏHRƏMANlar həm də bu gün sənin xidmət elədiyin erməni faşistlər tərəfindən qətlə yetirilən atanın qisasını aldılar. Hərçənd ki, sənin qulağın kar, ruhun kirləndiyi üçün anlamırsan və yaxud bəlkə də, ermənidən aldığın dollar xətrinə öz atanın şəhidliyini belə unutmusan. Amma mən yenə də sənə bir xatırlatmaq istədim şəhid qızı olduğunu...

Sən xeyirsiz övlad olduğundan Ordumuzun Qəhrəman əsgərlərinə  təşəkkür etmək əvəzinə, utanıb qızarmadan onları təhqir edirsən. Vətəni göz-bəbəyi kimi qoruyan, Vətən müdafiəçilərinə bu qədər nifrət etməyin əsl simanın  göstəricisi olduğu hər kəsə bəllidir. Bundan sonrakı ömrünü də elə qara ləkə içində yaşayacaqsan. Düşməndən daha betər düşmən olduğun isə deməyə əsas verir ki, ermənilər belə bizim ordunun tarixi torpaqlarımıza yerləşməsini sənin qədər nifrətlə dilə gitirməmişdilər. Xəbərin olsun ki, dövlətimizə, dövlətçiliyimizə, onun Ordusuna xain planlar sərgiləyənlərin sonu heç də yaxşı olmamışdır.

Ar olsun sənə, Azərbaycanın çörəyi sənə haram olsun!

Azərbaycan dilində danışıb dilimizi kirlətmə...!

Hə, sonda onu da deyim ki, Ordumuzun uğurlarından təşvişə düşməkdə haqlısan. Çünki 44 gündə tarix yazan bu Ordu Haqqı olan bütün yurd yerlərimizdə üçrəngli şanlı bayrağımızı dalğalandıracaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər