22.05.2025, 08:57
AZ EN
19.03.2025, 13:00 147

Şəhidin bacısı: Atakişi hər zaman ətrafındakılara nümunə olub

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Atakişi Atayev hər zaman ətrafındakılara nümunə olub.

Bunu Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Atakişi Atayevin bacısı Şəlalə Atayeva deyib.

O, qardaşının - "Müharibəyə getməliyəm, bu mənim borcumdur", - dediyini söyləyib:

"Biz onun haqqında yalnız tərif eşitmişik. Biz daim onunla fəxr etmişik, bu gün də edirik. O, çox mərd kişi idi. "Müharibəyə mən getməsəm, kim getsin?", - deyirdi. Anamız 11 ildir rəhmətə gedib. O, 22 il qardaşımın yolunu gözlədi. Gözü yollarda qaldı anamızın".

Qeyd edək ki, A.Atayev 1960-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb. İtkin-şəhid 2025-ci il martın 19-da Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub. (Report)

Oxşar xəbərlər