10.03.2025, 19:06
AZ EN
10.03.2025, 16:25 218

Xankəndi və Şuşada “Azəriqaz” ilə birgə əmək yarmarkaları keçiriləcək

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Xankəndi və Şuşa şəhərlərində əmək yarmarkaları keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, yarmarkalar martın 11-də saat 10:00-da Qarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) və martın 12-də saat 10:00-da Dövlət Xidmətləri Mərkəzinin inzibati binasında (Şuşa şəhəri, Zəfər küçəsi, 3) təşkil olunacaq.

Tədbirlərdə “Azəriqaz” İB-nin Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim ediləcək. (AZƏRTAC)

Oxşar xəbərlər