Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, uzun müddət rayonda müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda rayon əhalisi arasında hörmət və nüfuz sahibi olan ağsaqqallar iştirak edib.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayon ağsaqqallarını salamlayıb və bildirib ki, hamıya məlum olduğu kimi bu il Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilib. “Konstitusiya və Suverenlik ili”çərçivəsində birinci tədbiri məhz ağsaqqallarımızla keçiririk. Tədbirlərimiz ilboyu davam etdiriləcək. Bu gün sevincli bir gündür, biz Siz ağsaqqalların iştirakı ilə Kəlbəcərin ağrlılı, acılı günlərini deyil, yenidən qurulmasını, gələcək inkişafını müzakirə edirik. Təbii ki, bütün qələbələrimizin təməlində Ümumilli lider Heydər Əliyev siyasəti dayanır. Heç kimə sirr deyil ki, Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, onun balanslı şəkildə apardığı daxili və xarici siyasəti, ictimai sabitliyin bərpa olunması, iqtisadi dayaqların möhkəmləndirilməsi, müasir ordu quruculuğu heç şübhəsiz ki, bizi qələbəyə səsləyirdi. Lakin ömür vəfa etməti, başlatdığı missiya, onun siyasi varisi, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən tamamlandı. Bu gün müasir, güclü, qüdrətli, azad və suveren Azərbaycanın hərtərəfli inkişaf etməsi Prezidentimiz cənab İlham Əliyevin yorulmaz əməyinin nəticəsidir. Onun siyasi iradəsinin və qətiyyətinin nəticəsində xalqımız və orumuz bir amal uğrunda birləşərək Vətən müharibəsində şanlı Zəfər çaldı.
Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Qarbağımızda, Kəlbəcərimizdə genişmiqyaslı quruculuq, bərpa işləri aparılır. Öz doğma yurdlarından məcburi köçkün düşən soydaşlarımız vətənlərinə qayıdırlar. O cümlədən Kəlbəcər rayonunda da I Qayıdış Dövlət Proqramına uyğun olaraq infrastruktur layihələri icra edilir, rayon əhalisinin qısa müddətdə öz doğma yurdlarına qaytarılmasına çalışılır. Qayıdış zamanı təbii ki, ağsaqqallarımıza bizim böyük ehtiyacımız var, əhali arasında milli adət ənənələrin qorunub saxlanılmasında, müxtəlif mövzularda əhali arasında maarifləndirmə işinin aparılmasında ağsaqqalların köməyinə ehtiyacın olduğunu vurğulayıb.
Daha sonra rayon ağsaqqalları adından Aqil Məmmədov, Vaqif Əliyev, Elman Möhsümov, Şaban Qurbanov çıxış edərək Prezidentimiz cənab İlham Əliyev tərəfindən elan edilən “Konstitusiya və Suverenlik ili” nin mahiyyətindən söz açıblar. Vurğulayıblar ki, onlar çox xoşbəxtdirlər ki, yaşlarının bu çağında öz doğma yurdlarının azad olduğunu, ölkəmizin bütövlüyünün şahidi oldular. Bunun üçün rayon ağsaqqalları adından dövlətimizin başçısı cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Rayon rəhbərliyi tədbirdə səsləndirilən təkliflərin aidiyyatı qurumlar qarşısında qaldırılacağını bildirdi.
Daha sonra mövzu ətrafında müzkirələr aparıldı.
Mina RƏŞİD